Hörmüz boğazının idarə olunması ilə bağlı strateji layihənin ilkin detalları açıqlanıb Dünya

Hörmüz boğazının idarə olunması ilə bağlı strateji layihənin ilkin detalları açıqlanıb

Hörmüz boğazının idarə olunması ilə bağlı strateji layihənin ilkin detalları açıqlanıb.

APA-nın Tehran bürosununməlumatına görə, bunu İranparlamentinin Rəyasət Heyətininüzvü Əlirza Səlimi “Tasnim” agentliyinə müsahibəsi zamanıdeyib.

Məclisin Milli Təhlükəsizlik Komissiyasında müzakirə olunan “Hörmüz boğazı və Fars körfəzinin davamlı təhlükəsizliyinin təmin edilməsi və inkişafı üzrə strateji tədbirlər” layihəsinin ilkin mətninə dair məlumat verən Səliminin sözlərinə görə, layihənin ilkin variantında ABŞ-a, İsrail rejiminə və digər ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçidi qadağan edilir.

O bildirib ki, İsrail ilə əlaqəli hərbi və mülki yüklərin də bu marşrutdan keçmək hüququ olmayacaq.

Parlament üzvü əlavə edib ki, müqavimət cəbhəsinə qarşı əməliyyatlarda rol oynayan gəmilər və yüklər də qadağa ilə üzləşəcək.

Onun sözlərinə görə, İrana ziyan vuran ölkə və şəxslərə dəyən ziyan ödənilənədək Hörmüz boğazı və Fars körfəzindən keçid üçün icazə verilməyəcək.

Səlimi həmçinin qeyd edib ki, qayda pozanlar üçün, o cümlədən yükün dəyərinin 20 faizinə qədər ağır cərimələrin nəzərdə tutulduğu planlaşdırılır.

O vurğulayıb ki, dövlət silahlı qüvvələrlə əməkdaşlıq şəraitində naviqasiyanın idarə olunması, gəmilərin hərəkətinə nəzarət və Fars körfəzinin təhlükəsizliyi ilə ətraf mühitinin qorunması kimi vəzifələri üzərinə götürəcək.

Səlimi sonda bildirib ki, layihə hazırda ekspertiza mərhələsindədir və Məclis sənədin təkmilləşdirilməsi üçün mütəxəssislərin təkliflərini gözləyir.