"Rusiya bu siyasi siqnalın özündən narazı qalacaq" Dünya

"Rusiya bu siyasi siqnalın özündən narazı qalacaq"

"Bəli, bu səfər Kremldə müəyyən dərəcədə narazılıq və narahatlıq doğura bilər; halbuki o, Bakının getdikcə daha müstəqil və çoxvektorlu siyasət yürütdüyü Azərbaycan-Rusiya münasibətlərinin mövcud dinamikasına uyğun gəlir.

Bunu xalqcebhesi.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfərinə münasibətində deyib.

"Kreml, çox güman ki, elə bu siyasi siqnalın özündən narazı qalacaq: Azərbaycan nümayiş etdirir ki, o, öz yolunu müəyyən edir və Ukrayna məsələsi ilə bağlı mövqeyini Moskva ilə uzlaşdırmaq niyyətində deyil.
Bununla belə, rəsmi reaksiya, çox güman ki, təmkinli olacaq – ən yaxşı halda, mətbuat katibi, Xarici İşlər Nazirliyi və ya Kremlyönlü media vasitəsilə səsləndirilən tənqidlərlə məhdudlaşacaq. Bununla yanaşı, hesab edirəm ki, ciddi gərginliyin artması riski yalnız o halda yüksələ bilər ki, səfər nəticəsində müdafiə, hava hücumundan müdafiə texnologiyaları, pilotsuz uçuş aparatları və ya hərbi istehsal sahəsində yeni razılaşmalar elan olunsun".

Cavid