Bir neçə Avropa ölkəsi Kiyevə "Patriot" raketləri verməkdən imtina edib Dünya

Bir neçə Avropa ölkəsi Kiyevə "Patriot" raketləri verməkdən imtina edib

Bir neçə Avropa ölkəsi Ukraynaya "Patriot" zenit-raket kompleksləri üçün raket-ələkeçiricilər göndərməkdən imtina edib. İddia olunur ki, bu raketlər olmadan Kiyevin HHM sistemi paytaxtın müdafiəsinin öhdəsindən gələ bilmir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası 2026-cı ilin əvvəlində bəzi Avropa ölkələrini Kiyevə "Patriot" raketləri göndərməyə sövq etməyə çalışsa da, rədd cavabı alıb. WP izah edir ki, Avropa ölkələri öz müdafiə qabiliyyətlərinin zəifləməsindən ehtiyat edirlər.

"Hazırda raket-ələkeçiricilər yoxdur və yaxın aylarda onların böyük miqdarda tapılacağına inanmıram", — deyə ukraynalı rəsmi qəzetə bildirib.

Məryəm Quliyeva