İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb Hadisə

İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb

İmişlidə azyaşlı uşaq velosepedlə traktorun altında qalaraq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Rəsullu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2021-ci il təvəllüdlü Xəlilov Ömər Rəşid oğlu velosipedlə hərəkətdə olarkən traktora dəyib.

Ağır xəsarət alan azyaşlı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.