13:38
413.jpg)
Yəmənin "Ənsar Allah" hərəkatından olan qiyamçı husilər Mərib əyalətində məcburi köçkünlər üçün salınmış düşərgəyə raket zərbəsi endiriblər, xəsarət alanlar var.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yəmən hərbi mənbələrinə istinadən Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı məlumat verib.
Məlumata görə, husilər Məribin yaşayış məntəqələrini atəşə tutublar. Raketin köçkün düşərgəsinə düşməsi nətiəsində bir neçə nəfər yaralanıb. Telekanalın qeyd etdiyi kimi, şahidlər hücumdan bir qədər əvvəl raketlərin Yəmənin paytaxtı tərəfdən buraxıldığını qeydə alıblar.
Məryəm Quliyeva