Tayfun Tokioya çatır: Yaponiyada yüzlərlə aviareys ləğv olundu​​​​​​​ Dünya

Tayfun Tokioya çatır: Yaponiyada yüzlərlə aviareys ləğv olundu​​​​​​​

"Japan Airlines" və "All Nippon Airways" (ANA) "Çan-hom" tayfununun Honsyu adasına yaxınlaşması ilə əlaqədar avqustun 11-də Tokiyaya olan reysləri ləğv edib.

Xalqcebhesi.az xəbər verir ki, ANA Tokioya xidmət göstərən Narita hava limanındakı bütün reyslərin, həmçinin Haneda hava limanına olan və oradan həyata keçirilən bir çox reyslərin ləğv edildiyini elan edib. Aviaşirkət həmçinin adanın şimalındakı Senday və Fukusima şəhərlərində yerləşən hava limanlarından da uçuşları dayandırıb.

"Japan Airlines" Narita hava limanından dörd reysi ləğv edib ki, bu da təxminən 570 nəfərə təsir göstərib.

Küleyin sürəti saniyədə 35 metrə çatan tayfunun günün ikinci yarısı Tokioya çatacağı, həmçinin Kanto və Tohok bölgələrində sel və torpaq sürüşmələrinə səbəb olacağı gözlənilir.

Məryəm Quliyeva