11:32
343
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının minadan tam təmizləndiyini və Amerikanın hərbi qüvvələrinin tam nəzarəti altında olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, onun sözlərinə görə, İran limanlarına üzən gəmilər istisna olmaqla, boğazdan keçid bütün digər gəmilər üçün açıqdır.
"Qalan hər kəs üçün o açıqdır. Bu bir qədər mürəkkəbdir, çünki onlar tez-tez minalar atırlar. Biz bu minaları tapırıq. Bilirsiniz, biz bütün boğazı minadan təmizləmişik. Bəlkə də eşitməmisiniz, lakin biz boğaza 100% nəzarət edirik", — deyə Tramp bəyan edib.
Məryəm Quliyeva