10:51
609
Almaniya kansleri Fridrix Merz Miladdan əvvəl, yəni dekabrın 25-nə qədər vəzifəsindən gedəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu fikri BSW partiyasının (əvvəlki "Sara Vaqenknext İttifaqı - Ağl və Ədalət naminə") təsisçisi Sara Vaqenknext bildirib.
"Mən Milada qədər Fridrix Merzin artıq kansler olmayacağı ehtimalından çıxış edirəm", - deyə o, RND redaksiya birliyinə müsahibəsində deyib.
Siyasətçi bu proqnozu Saksoniya-Anhalt torpağının regional parlamentinə keçirilən seçkilərin nəticələrindən bəhs edərkən irəli sürüb. Sentyabrın 6-da keçirilən ştat seçkilərində 44%-ə yaxın səslə "Almaniya üçün Alternativ" (AfD) partiyası qələbə qazanıb. Lakin hökuməti formalaşdırmaq üçün onun deputat mandatı çatmır. BSW hələlik AfD ilə əməkdaşlığa hazır olduğunu bildirən yeganə partiya olub ki, bu da sonuncunun hökumətə rəhbərlik etməsi üçün imkan açır.
Belə bir əməkdaşlığın qurulmasından danışan Vaqenknext AfD-ni partiyanın hökumət formalaşdırmaqdan imtina edəcəyi və nəticədə Saksoniya-Anhaltda yeni növbədənkənar seçkilərin keçiriləcəyi ssenarilərinə qarşı xəbərdar edib. "Biz şantaja təslim olmayacağıq. Güman edirəm ki, AfD yeni seçkilərə ciddi şəkildə bahis edirsə, bir çox seçici səslərini necə idarə etdiklərini düşünəcək", - deyə Vaqenknext bildirib.
O əlavə edib ki, yenidən keçirilən seçkilər "köhnə partiyaların", yəni xristian demokratlar və sosial-demokratların əksəriyyət qazanması ilə nəticələnə bilər.
Məryəm Quliyeva