12:51
665![]()
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livan parlamentinin spikeri Nəbih Bərriyə Ankaraya səfər etməsi üçün rəsmi dəvət göndərib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al-Akhbar" məlumat yayıb.
Mövcud məlumata görə, Livan parlamenti rəhbərinin aparatı artıq səfərin hazırlanmasına başlayıb, onun dəqiq tarixi isə logistik razılaşdırmalar başa çatdıqdan sonra müəyyən ediləcək.
Qeyd olunur ki, Ankaranın Bərri ilə münasibətləri onun Livanın daxili siyasətindəki rolu nəzərə alınaraq xüsusi xətt üzrə inkişaf edir. Tərəflər həmçinin Türkiyənin artan regional nüfuzu fonunda qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdırlar.
Nəşr vurğulayır ki, Bərri ölkənin müxtəlif siyasi qüvvələri ilə təmasları saxlamaq imkanı sayəsində Livanın daxili siyasi dialoqunda mühüm rol oynayır.
Məryəm Quliyeva