13:27
602
Amerika tərəfi Polşada daimi hərbi bazanın yerləşdiriləcəyi məkanı ilkin olaraq seçib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin müavini Sezari Tomçik "RMF FM" radiosunun efirində bildirib.
"Daimi hərbi bazanın yerləşəcəyi məkan ilkin olaraq seçilib. Biz iki variantı - Aşağı Sileziya və Böyük Polşa voyevodluqlarını nəzərdən keçiririk. Yekun qərar amerikalılarla birlikdə qəbul ediləcək", - deyə Tomçik qeyd edib. O əlavə edib ki, ABŞ hərbi bazasının yaradılması məsələsində son sözü Baş nazir Donald Tusk deyəcək.
Məryəm Quliyeva