Filippo Ukraynanın "Starlink" şəbəkəsindən ayrılmasını tələb edib Dünya

Filippo Ukraynanın "Starlink" şəbəkəsindən ayrılmasını tələb edib

Fransanın "Patriotlar" partiyasının lideri və 2027-ci il prezident seçkilərində namizəd olan Florian Filippo Ukraynanın "Starlink" peyk internetindən ayrılması ideyasını dəstəkləyib.

Xalqcebhesi.az xəbər verir ki, buna qədər "Politico" avropa nəşri ABŞ Prezidenti Donald Trampın Ukraynanı Amerika kəşfiyyat məlumatlarından məhrum edə biləcəyi və ya Ukrayna ordusunun böyük dərəcədə arxalandığı "Starlink" peyk internetinin söndürülməsi məqsədilə İlon Maska təzyiq göstərə biləcəyi barədə məlumat yaymışdı.

"Əgər Zelenski Rusiya NEZ-lərinə qarşı dəliliklərini davam etdirərsə və Ukraynada yeni seçkilərdən imtina edərsə, əlbəttə ki, bunu etmək lazımdır", - deyə Filippo "X" sosial şəbəkəsində yazıb.

Məryəm Quliyeva