Lukaşenko: "Belarus müharibənin qarşısını almaq üçün ona hazırlaşır" Gündəm

Lukaşenko: "Belarus müharibənin qarşısını almaq üçün ona hazırlaşır"

Belarusda keçirilən silahlı qüvvələrin yoxlanılması qonşu ölkələrə hücum hazırlamağa yönəlməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə güc strukturlarının nümayəndələri ilə keçirilən müşavirədə Respublika Prezidenti Aleksandr Lukaşenko bəyan edib.

"Mən səmimi və dürüst şəkildə bildirdim ki, biz müharibədən qaçmaq üçün ona hazırlaşırıq. Biz heç kimə hücum etmək niyyətində deyilik, hərçənd son zamanlar kütləvi informasiya vasitələrində qərbli "dostlarımız" Rusiyanın Belarus ərazisindən və Belarusla birlikdə Baltikyanı ölkələrə, bəlkə də Polşaya hücum edəcəyi barədə kampaniya başladblar", - deyə o bildirib.

Məryəm Quliyeva