Bakının 3 rayonunda qaz təchizatında fasilə yaranacaq Cəmiyyət

Bakının 3 rayonunda qaz təchizatında fasilə yaranacaq

Bu gün 2026-cı il tarixində Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə “APA-Economics”ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində S. Fərziyev küçəsində, həmçinin Sabunçu rayonunun Ramana qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.