13:03
714.jpg)
Fransada ilk dəfə olaraq adətən kənd təsərrüfatı heyvanlarına təsir edən Şamonda virusunun insana keçməsi faktı qeydə alınıb. Pasiyent sonradan vəfat edib, lakin səhiyyə qurumları hazırkı mərhələdə əhali üçün hər hansı təhlükənin olmadığını bildiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Şamonda virusu ortobunyaviruslar qrupuna aiddir və dişləyən heşəratlar vasitəsilə ötürülür. O, əsasən iribuynuzlu qara-malla və digər kənd təsərrüfatı heyvanlarını zədələyir. Əvvəllər bu virusun insana keçmədiyi hesab edilirdi.
Virus ilk dəfə 1960-cı illərin ortalarında Nigeriyada aşkar edilib. Sonralar o, vaxtaşırı Afrika və Yaponiyada heyvanlar arasında tapılıb, 2026-cı ildə isə bir neçə Avropa ölkəsində yayılmağa başlayıb.
Fransa hakimiyyətinin ilkin versiyasına görə, pasiyent 2026-cı ilin yazında və yayında virusun heyvanlar arasında sirkulyasiya etdiyi Fransanın şərqində yoluxmuş ola bilər.
Məryəm Quliyeva