QMİ: Həcc ziyarəti üçün ayrılan kvotanın 15 faizi tamamlanıb, qeydiyyat yanvara qədər davam edəcək
Azərbaycan nümayəndə heyəti Lissabonda keçirilən beynəlxalq tədbirdə iştirak etdi
Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib
Pentaqon Trampın əmrini gözləyərək qoşunları İran sərhədinə köçürür
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
10:48
959
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın qərbindəki Kürdüstan vilayətinin bir neçə rayonuna böyük hərbi birləşmələr və hərbi texnika yerləşdirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Kurdish Human Rights Project"ə istinadən "Iran International" məlumat yayıb.
Təşkilatın məlumatına görə, orta və ağır silahlar da daxil olmaqla hərbi texnika karvanları qonşu vilayətlərdən Sənəndəc, Kamyaran, Sərvabad, Mərivan və Bane şəhərlərinə daxil olub.
Xüsusilə, Kamyarandakı mənbələr Şahu dağlıq bölgəsində SEPAH-ın "Sabereen" xüsusi təyinatlı qüvvələrinin yüzlərlə hərbçisinin yerləşdirildiyini bildirirlər.
Bundan əlavə, SEPAH-ın kəşfiyyat bölmələrinin əməkdaşlarının Urmiyadakı "Həmzə Seyyid əl-Şühəda" bazasından Sənəndəcdəki "Beyt əl-Müqəddəs" bazasına köçürüldüyü qeyd olunur.
Məryəm Quliyeva