“Bu görüşün keçirilməsi müsbət hadisədir” Gündəm

“Bu görüşün keçirilməsi müsbət hadisədir”

“Rusiya Prezidentinin üçtərəfli görüş və Ukrayna məsələsinin bu görüşdə müzakirə olunması təklifi ilk başda maraqlı bir təklifdir, amma nəzərə alsaq ki, hazırda Rusiya-Ukrayna savaşı davam etməkdədir”.

Bunu xalqcebhesi.az-a politoloq Oqtay Qasımov bildirib.

O.Qasımov deyib ki, Donald Tramp da Ukraynaya təzyiq edərək savaşı durdurmağa çalışır və bunu da onunla əsaslandırır ki, məhz Ukraynaya təzyiq etməklə Rusiyanı danışıqlar masasında saxlamağa çalışır: “Əlbəttə ki, belə bir görüşün keçirilməsi Ukrayna savaşı ilə bağlı müəyyən irəliləyişə gətirə bilər. Amma bu, beynəlxalq hüquq normalarına uyğun və Ukraynanın ərazi bütövlüyünü ehtiva edəcək bir razılaşma olacaqmı? Açıqcası, bu, müəyyən suallar doğurur. Bütün hallarda belə bir görüşün keçirilməsi hesab edirəm ki, müsbət bir hadisədir. Lakin bu görüşdə də hansısa real, ciddi nəticələrin əldə olunacağı və savaşın durdurulması ilə bağlı qərarların alınacağı ehtimalı kifayət qədər aşağıdır”.

Röya İsrafilova