“Qeyri-neft sektorunun ölkə iqtisadiyyatında payı artır” Gündəm

“Qeyri-neft sektorunun ölkə iqtisadiyyatında payı artır”

“Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən Azərbaycan iqtisadiyyatı 2026-cı ilin 9 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz artım nümayiş etdirib. Qeyri-neft sektorunda 2,6 faiz artım qeydə alınmasına baxmayaraq neft-qaz sektorunun 1,2 faiz geriləməsi ÜDM-in ümumi artım templərinin qeyri-neft sektorunun artım dinamikasına uyğunlaşmasını əngəlləyib”.

Bunu xalqcebhesi.az-a iqtisadçı ekspert Elçin Məmmədov deyib.

E.Məmmədov söyləyib ki, Azərbaycan iqtisadiyyatının yaratdığı əlavə dəyərin hələ də əhəmiyyətli hissəsi, yəni təxminən 30 faizi neft-qaz sektoru hesabına formalaşır və nəticə etibarı ilə ÜDM-in də artım dinamikasının 30 faizi bu sektorun payına düşür: “Sevindirici hal budur ki, qeyri-neft sektorunun ölkə iqtisadiyyatında payı tədricən artır və neft sektorundan asılılıq azalır. Əgər 10 il bundan əvvəl iqtisadiyyatın təxminən yarısı, beş il bundan öncə isə üçdə ikisi qeyri-neft sektoru hesabına böyüyürdüsə, cari il bu göstərici artıq 70 faizi keçib”.

Röya İsrafilova