Moskva regionuna 630 dronla kütləvi hücum edilib Dünya

Moskva regionuna 630 dronla kütləvi hücum edilib

Oktyabrın 22-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin 630 dronu Moskva regionu istiqamətində uçub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin məlumat yayıb.

Hava Hücumundan Müdafiə (HHM) qüvvələri PUA-ların böyük əksəriyyətini uzaq məsafələrdə məhv edib.

163 pilotsuz uçuş aparatı paytaxta yaxınlaşarkən vurulub.

Noyabrın 22-nə keçən gecə baş verən hücum zamanı Titov və Naro-Fominsk (TiNAO) inzibati dairəsinin Voronovo kəndində iki nəfər xəsarət alıb, həkimlər onlara bütün zəruri köməyi göstərirlər.

Məryəm Quliyeva