“Rusiya və Çin İranın yanındadır” Dünya

“Rusiya və Çin İranın yanındadır”

“ABŞ Prezidenti dünyanı öz çıxışları ilə heyrətləndirməkdə davam edir. Tramp indi də Rusiya və Çinə ABŞ-nin İsrail ilə bir yerdə İran müharibəsində mövqeyinə görə təşəkkür edib ki, onlar bu məsələdə neytral mövqe tutdular, yəni İrana dəstək olmadılar. Bu da ABŞ-ni razı salıb”.

Bunu xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert, siyasi şərhçi Üzeyir Cəfərov deyib.

Ü.Cəfərovun sözlərinə görə, bu bəyanatın ciddilik dərəcəsi çox aşağıdır: “Hər iki ölkə - həm Rusiya, həm Çin ABŞ-yə qarşı müharibədə İranın mövqeyinə daha yaxın bəyanatlar və mövqe ortaya qoyublar və hər iki ölkə ABŞ-ni İrana qarşı güc tətbiqindən çəkinməyə çağırıb. Yeri gəlmişkən, bu gün Trampın bir açıqlaması olub. Hörmüzü Tramp boğazı adlandırmaq istəyən Tramp bu gün Google rəhbərliyinə müraciət edərək Atlantik okeanının Tramp okeanı adlandırılmasını xahiş edib. Sözsüz ki, bu absurd və məntiqi olmayan bir xahişi Google rəhbərliyi kənara atıb, heç ona reaksiya verməyib. Rusiya və Çinin İranla bağlı proseslərdə hansı fəal iştirakı ola bilər? İran sona qədər ABŞ-yə qarşı dirəniş göstərəcəyini bəyan edir. Elə Möhsün Rezainin sonuncu açıqlamasına diqqət yetirsək, bunu görə bilərik”.

Siyasi şərhçi söyləyib ki, Rusiya və Çin İranın yanındadır baxmayaraq ki, ABŞ ilə müəyyən sövdələşmələri var: “Rusiyanın ABŞ ilə son dizel yanacağı sövdələşməsi, Çin rəhbərinin uzun müddətdən sonra ABŞ-yə səfəri və orada imzalanmış sənədlər və s. var. Bundan əlavə, üç ölkənin rəhbərinin görüşü hazırlanır. Hər iki ölkə bu prosesdə İranı dəstəkləyir və İranın mövqeyini özlərinin mövqeyinə daha yaxın hesab edirlər”.

Röya İsrafilova