"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
"Tramp müharibəni dayandıra bilərdi, lakin Putinin məqsədi dəyişmir" - Zelenski
Tehrandan Vaşinqtona yeni xəbərdarlıq: "Bizim daha genişmiqyaslı planımız var"
İran: "Uzunmüddətli müharibə ABŞ-nin zərərinə, bizim xeyrimizə olacaq"
13:21
532
Azərbaycanda nəticəəsaslı büdcələşdirməyə keçid prosesinin tam başa çatdırılması rəqəmsallaşma və avtomatlaşdırma işlərinin sürətindən asılıdır.
Bunu Maliyyə Nazirliyinin Aparatının Nəticəəsaslı büdcə siyasəti şöbəsinin müdiri İlham Kərimov Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda nəticəəsaslı büdcələşdirməyə keçid beynəlxalq təcrübə ilə müqayisədə kifayət qədər sürətlə həyata keçirilir. Digər ölkələrdə bu cür islahatların reallaşdırılması 10–15 il vaxt tələb edir.
İ. Kərimov qeyd edib ki, hazırda islahatların əhatə dairəsinin genişləndirilməsi mərhələsi davam edir və prosesə yeni sektorlar cəlb olunur.
Nazirlik rəsmisi vurğulayıb ki, rəqəmsallaşma və avtomatlaşdırma işləri sürətlə tamamlanarsa, nəticəəsaslı büdcələşdirmə mexanizminin dövlət xərclərini tam əhatə etməsinə nail olmaq mümkün olacaq.
O bildirib ki, növbəti mərhələdə strateji planlaşdırmanın gücləndirilməsi, dövlət təşkilatlarının fəaliyyətinin sektorlar üzrə müəyyənləşdirilmiş məqsəd və nəticələrlə əlaqələndirilməsi əsas istiqamətlərdən olacaq.
14:23
224
12:39
602
10:49
623