Polşa Ukraynaya hərbi kömək etməkdə davam edəcək Dünya

Polşa Ukraynaya hərbi kömək etməkdə davam edəcək

Polşanın Müdafiə Nazirliyi Lvov Vilayət Şurasının qərarına görə Ukraynaya irimiqyaslı hərbi yardım paketini dayandırmayacağını bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Daha əvvəl Polşanın "Fakt" nəşri Ukraynaya silahların təhvil verilməsinə hazırlığın güman ki, 2027-ci ilin UPA (Ukrayna Üsyançı Ordusu) və Roman Şuxeviç ili elan edilməsi haqqında qərardan sonra dayandırıldığını xəbər vermişdi.

İddia olunurdu ki, tədarüklər bu qərara görə saxlanılıb və tərəflər vəziyyəti bağlı rabitə kanalları vasitəsilə tənzimləməyə çalışırlar.

Lakin Polşa Müdafiə Nazirliyinin nümayəndəsi Yanuş Seymey "Fakt" nəşrinə şərhində bu məlumatı təkzib edərək "bu məlumatın yalan olduğunu" bildirib.

Məryəm Quliyeva