21 Oktyabr 23:50
21 Oktyabr 23:18
08:44
602
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "bütün bombaların atası" adlandırdığı yeni silah növünü təqdim etməyə hazırlaşdığını bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
"Biz "bütün bombaların atası"nın təqdimatına hazırlıq mərhələsindəyik. Düşmən üçün bu, tamamilə yeni bir şeydir", - deyə SEPAH nümayəndəsi Hüseyn Mohebbi bildirib.
O, İranın əldə etdiyi yeni silah növü barədə ətraflı təfərrüat verməyib.
Məryəm Quliyeva