13:34
875.jpg)
Tehran Hörmüz boğazının blokadasının fəsadlarını kompensasiya etməkdə ABŞ-yə kömək edəcəkləri təqdirdə, Fars körfəzi dövlətlərinin energetika infrastrukturuna cavab zərbələrinin endirilməsini istisna etmir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rizayi bəyan edib.
"Əgər ABŞ-nin strategiyası qonşu ölkələrin energetika infrastrukturundan istifadə etməklə müharibəni uzatmaqdırsa, bu hökumətlər özlərini riske atmadan İrana qarşı iqtisadi müharibədə iştirak edə biləcəklərini düşünməməlidirlər", - deyə o, "Drop Site" nəşrinə müsahibəsində vurğulayıb.
Bununla belə, Rizayi dəqiqləşdirib ki, İranın məqsədi regionun energetika sistemini məhv etmək deyil, İran iqtisadiyyatının zərbə altında olduğu, bu hücumları təmin edən qonşu ölkələrin infrastrukturunun isə toxunulmaz qaldığı vəziyyətlərin qarşısını almaqdır.
Məryəm Quliyeva