İran: "ABŞ-nin kağız üzərindəki öhdəlikləri ilə kifayətlənməyəcəyik" Gündəm

İran: "ABŞ-nin kağız üzərindəki öhdəlikləri ilə kifayətlənməyəcəyik"

İran artıq ABŞ-nin kağız üzərindəki öhdəlikləri ilə kifayətlənməyəcək və Vaşinqton tərəfindən praktiki addımlar görmək niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katib müavini Əli Baqeri bəyan edib.

"İran İslam Respublikası yeni diplomatiya mərhələsinə qədəm qoyana qədər amerikalıların kağız üzərindəki öhdəlikləri ilə kifayətlənməmək hüququna malikdir", - deyə İranın dövlət teleradio şirkəti onun sözlərini sitat gətirib.

Baqerinin sözlərinə görə, ABŞ son 1,5 il ərzində öhdəliklərini pozaraq danışıqların hər dörd raundunu boşa çıxarıb. O qeyd edib ki, İran Vaşinqtonun praktiki addımlarını öz gözləri ilə görməlidir və bu addımlar müşahidə olunduqdan sonra münasibətlərdə yeni səhifə açmaq imkanı yaranacaq.

Məryəm Quliyeva