08:47
154
Kanada hökuməti Ukraynaya hərbi yardım məqsədilə əlavə vəsait ayırdığını elan edib.
Xalqcebhesi.az xəbər verir ki, paketə Çexiya təşəbbüsü çərçivəsində döyüş sursatları üçün 45 milyon Kanada dolları (31,5 milyon ABŞ dolları), Kanada istehsalı HHM sensor sistemlərinə 80 milyon (56 milyon ABŞ dolları) və qış geyimi-təchizatına 30 milyon (21 milyon ABŞ dolları) daxildir.
Bundan başqa, Ottava Kiyevə 1,6 milyon ədəd 20 mm-lik sursat və 250 min ərzaq payı verəcək.
Məryəm Quliyeva