14:47
259
Danimarkanın müxtəlif regionlarının polis bölmələrinə xeyli sayda məktəbdə partlayış törədiləcəyi ilə bağlı təhdid xarakterli məlumatlar daxil olur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TV 2" telekanalı xəbər yayıb.
Fyun adasının polisi bir neçə bölmənin belə təhdid mesajları aldığını təsdiqləyib. "Biz hər bir məktəblə bağlı təhdidləri ayrı-ayrılıqda araşdırırıq", – deyə hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir.
Bununla yanaşı, polis vətəndaşları sakitliyə çağırır və hazırda narahatlıq üçün heç bir əsas olmadığını vurğulayır.
Məryəm Quliyeva