13:30
280
Avropa Komissiyası xüsusi hərbi əməliyyat iştirakçılarına turist vizalarının verilməsinə qadağa qoyulması təklifini genişləndirərək, Rusiyanın bütün hazırkı və keçmiş hərbçilərinin birlik ölkələrinə girişinə tam qadağa tətbiq edilməsini irəli sürüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Strasburqda Avropa Parlamentinin sessiyasında çıxışı zamanı bildirib.
"Avropa Komissiyası 22-ci sanksiyalar paketi çərçivəsində Rusiya Silahlı Qüvvələrində xidmət edən və ya etmiş hər kəsin Avropaya girişini qadağan etməyi təklif edib", – deyə o vurğulayıb.
AK rəhbəri hesab edir ki, Aİ bu addımı Avropadakı hərbi zavodlarda baş verən və Avropa Komissiyasının təhlükəsizlik texnikasının pozulması ilə deyil, Rusiyaya aid edilən bir sıra "hibrid hücumlarla" əlaqələndirdiyi insidentlərin sayının artması fonunda ata bilər.
Onun sözlərinə görə, guya Ukraynadakı döyüş əməliyyatlarında iştirak edənlər "Avropa İttifaqının təhlükəsizliyi üçün potensial risk yaradır", buna görə də fon der Leyenin məntiqinə əsasən, onların "Avropa İttifaqı ölkələrində turist kimi sərbəst hərəkət etməsinə icazə vermək olmaz".
Qeyd edək ki, Avropa Komissiyasının müstəqil şəkildə hər hansı viza qərarı qəbul etmək səlahiyyəti yoxdur. Viza siyasəti Avropa İttifaqı ölkələrinin müstəsna səlahiyyətlərinə daxildir, ona görə də istənilən razılaşdırılmış viza qadağası üçün Avropa Komissiyasının layihəsi blokun bütün ölkələri tərəfindən təsdiqlənməlidir. AK daha əvvəl də 21-ci sanksiyalar paketi çərçivəsində analoji qadağa tətbiq etməyi təklif etmişdi, lakin həmin vaxt bu təşəbbüs rədd edilmişdi.
Məryəm Quliyeva