ADY Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpası məsələsinə aydınlıq gətirib
Marqus Tsaxna Azərbaycana gəlir, sabah Bakıda Estoniya səfirliyinin rəsmi açılışı olacaq
Alen Simonyan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb
“Bu cür formatları beynəlxalq münasibətlər sisteminə yeni gətirirlər”
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb
17:08
224
Bildirilir ki, MDB-nin baş katibi Sergey Lebedev deyib ki, İran MDB+ formatının iştirakçısı statusunu əldə edən ilk dövlət ola bilər.
S.Lebedev qeyd edib ki, hazırda bu məsələ nəzərdən keçirilmə mərhələsindədir.
Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən politoloq Samir Hümbətov söyləyib ki, MDB+ yeni formatdır: “Düzdür, praktikada bu, həmişə olub. Məsələn, ASEAN+, OPEC+ olub. Yəni bu cür təşkilatlarda bu praktika nəzərdən keçirilib və tətbiq olunub. Effekt verməsi isə elə də çox real görünmür. İran elə böyük iqtisadi, siyasi, hərbi potensialı olan ölkə deyil ki, MDB+-a qoşulanda bu, böyük bir irəliləyişə səbəb ola. Ümumi götürəndə regional məsələləri müzakirə etmək üçün bəlkə də hansısa müəyyən faydaları ola bilər, amma çox ciddi siyasi, hüquqi, iqtisadi, hərbi əsasları olacaq bir format deyil. Məsələn, Şanxay+ da var və TDT+ (Türk Dövlət Təşkilatı), BRICS+ yaratmaq istəyirlər. Yəni bu cür formatları beynəlxalq münasibətlər sisteminə yeni gətirirlər. Amma onun praktik nəticəsi o qədər çox real görünmür. Bəlkə də gələcəkdə hansısa bir müsbət nəticə verə bilər. Ancaq hələ ki, onu biraz da pilot layihə olaraq dəyərləndirə bilərik”.
Röya İsrafilova