ABŞ aviaşirkətləri "Embraer" rüsumuna görə əlavə xərclərlə üzləşəcək Gündəm

ABŞ aviaşirkətləri "Embraer" rüsumuna görə əlavə xərclərlə üzləşəcək

ABŞ aviaşirkətləri təyyarə idxalına tətbiq olunan tariflərə görə əlavə maliyyə yükü ilə qarşılaşacaqlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

ABŞ-ın Ticarət Nümayəndəliyi İdarəsi Braziliyanın "Embraer" şirkətinin hazır yığılmış təyyarələrinə 10 faiz həcmində gömrük rüsumu tətbiq etməyi təklif edib.

Hazırda ölkədə bu avialaynerlərə alternativ mövcud olmadığından təyyarə parkının yenilənməsi ilə bağlı xərclərin artması qaçılmaz olacaq.

Məryəm Quliyeva