“Milan” Endrik üçün 70 milyon avro təklif etdi İdman

“Milan” Endrik üçün 70 milyon avro təklif etdi

İtaliyanın "Milan" klubu İspaniyanın "Real Madrid" komandasının hücumçusu Endriki transfer etmək üçün hərəkətə keçib.

Bu barədə İspaniyanın “Cadena SER” nəşri məlumat yayıb.

Milan təmsilçisi braziliyalı futbolçunun transferi üçün Madrid klubuna 70 milyon avro təklif edib.

“Milan”ın qış transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətində olduğu və Endriki əsas hədəflərindən biri kimi müəyyənləşdirdiyi bildirilir.

“Real” Madridin bu təklifə münasibəti hələlik bəlli deyil.