İraq hökuməti Kürdüstan regionuna qoşun yeridilməsi iddialarını təkzib edib Gündəm

İraq hökuməti Kürdüstan regionuna qoşun yeridilməsi iddialarını təkzib edib

İraqın federal hakimiyyəti İraq Kürdüstanı hökuməti ilə mövcud fikir ayrılıqlarına baxmayaraq, bu muxtar regiona doğru ordu bölmələri göndərmir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə cümə axşamı İraq hökumətinin nümayəndəsi Heydər əl-Abudi bəyan edib.

"İraqın Baş naziri Əli əl-Zeydi Kürdüstan xalqını təhdid etməyin deyil, qorumağın vacibliyini qeyd edib. Hərbi bölmələrin Kürdüstana doğru heç bir yerdəyişməsi yoxdur", – deyə "The National" nəşri əl-Abudinin sözlərini sitat gətirib.

O bildirib ki, Baş nazir İraq kürdlərinin hüquqlarını müdafiə edəcək, lakin ölkədən neft qaçaqmalçılığına qarşı mübarizəni davam etdirəcək.

Məryəm Quliyeva