16:39
231
Noyabrın 17-də Hörmüz boğazında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "ADNOC Logistics & Services" neft şirkətinə məxsus gəmiyə edilən hücum nəticəsində bir nəfər həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə BƏƏ şirkəti məlumat yayıb.
"Bu çətin vaxtda dəstək olduğumuz ailəsinə ən dərin hüznlə başsağlığı veririk", – deyə "Gulf News" qəzeti şirkətin bəyanatını sitat gətirib.
Qeyd olunur ki, həlak olan şəxs İordaniya vətəndaşıdır. Həmin hücum nəticəsində ümumilikdə 11 nəfər xəsarət alıb. Onlardan doqquzu artıq xəstəxanadan evə buraxılıb, ikisi isə tibbi yardım almağa davam edir.
Məryəm Quliyeva