Kobaxidze Rusiya ilə danışıqların Moskva və Tbilisidə keçirilməsini dəstəkləyib Dünya

Kobaxidze Rusiya ilə danışıqların Moskva və Tbilisidə keçirilməsini dəstəkləyib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndə Giorgi Zurabaşvili ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında danışıqların Moskva və Tbilisidə keçirilməsini dəstəkləyib, lakin görüşlərin növbəli şəkildə təşkil olunmalı olduğunu bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kobaxidze gürcü jurnalistlərə bildirib.

"Zurabaşvili və Qaluzinin görüşləri, əlbəttə ki, həm Moskvada, həm də Tbilisidə keçirilə bilər, lakin belə bir yanaşma tapılarsa, Moskva və Tbilisidəki görüşlərin növbəli şəkildə baş tutması prinsipial əhəmiyyət daşıyır", – deyib.

Məryəm Quliyeva