Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başladı İdman

Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başladı

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının 2026/2027 mövsümünün I seçmə mərhələsində ilk oyununa çıxıb.

B Liqasının 3-cü qrupunda mübarizə aparan millimiz Serbiyada meydan sahibləri ilə qarşılaşıb.

Stara Pazova şəhərindəki Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzində keçirilən görüşdə komandamız 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, U-19 millimiz növbəti oyununu noyabrın 29-da Şimali Makedoniya, dekabrın 2-də isə Monteneqro yığmasına qarşı keçirəcək.