12:44
287
İran hakimiyyəti ölkənin mərkəzi hissəsində, Behcətabad yaşayış məntəqəsi rayonunda yerləşən dağ massivində sürətlə yeraltı qurğu inşa edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə cümə axşamı Vaşinqtonda yerləşən "Institute for Science and International Security" (Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu) qeyri-hökumət təşkilatının məlumatlarına istinadən "The Jerusalem Post" nəşri məlumat yayıb.
"Vantor Technologies" şirkətinin peyk görüntülərinin məlumatlarına əsasən, tikinti işlərinə, ehtimal ki, 2025-ci ilin dekabr ayının əvvəlində başlanılıb.
Yeraltı kompleks İsfahandakı nüvə obyektindən təxminən 62 km, Natanz yaxınlığındakı Kuh-e Kolanq (ingiliscə adı – Pikaks) dağından isə eyni məsafədə yerləşir. ABŞ hakimiyyətinin iddialarına görə, həmin dağın altında da nüvə obyekti mövcuddur.
Təşkilatdan qeyd ediblər ki, İran ölkə daxilində bu cür çoxsaylı obyektlər yaratsa da, bu halda tikintinin yüksək sürəti diqqəti cəlb edir. Bununla belə, sözügedən tikililərin hansı məqsədlərə xidmət edə biləcəyi hələlik aydın deyil.
Tikinti templəri, meydançadakı təhlükəsizlik rejimi və İran hakimiyyətinin əvvəlki addımları nəzərə alınaraq, təşkilatda obyektin İranın raket proqramı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Onun İranın nüvə proqramına aid olması variantı da istisna edilmir.
Məryəm Quliyeva