Lukaşenko Belarus parlamentinə amnistiya qanun layihəsi təqdim edib Dünya

Lukaşenko Belarus parlamentinə amnistiya qanun layihəsi təqdim edib

Belarus Prezidenti Aleksandr Lukaşenko parlamentə "Belarus Qadınları ili ilə əlaqədar amnistiya haqqında" qanun layihəsini təqdim edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, amnistiya ilk növbədə yetkinlik yaşına çatmadığı dövrdə cinayət törətmiş qadınlara, çoxuşaqlı analara, hamilə qadınlara, təqaüdçülərə, əlilliyi olan qadınlara, həmçinin ehtiyatsızlıq üzündən cinayət törətdiyinə görə məhkum olunmuş şəxslərə şamil ediləcək.

"Amnistiya yetkinlik yaşına çatmadığı dövrdə cinayət törətmiş kişilərə də aid olacaq. Onlara da normal həyata daha tez qayıtmaq şansı veriləcək", – deyə mətbuat xidmətindən bildirilib.

Məryəm Quliyeva