Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin növbəti mübadiləsi baş tutub Dünya

Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin növbəti mübadiləsi baş tutub

Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin növbəti mübadiləsi baş tutub.

Xalqcebhesi.az xəbər verir ki, hərbi müxbir Aleksandr Kotsun verdiyi məlumata görə, Rusiya tərəfi Ukraynaya 250 hərbçinin meyitini təhvil verib, əvəzində isə 22 hərbçisinin meyitini vətənə qaytarıb.

"Meyitlərin növbəti mübadiləsi həyata keçirilib. Təhvil-təslim prosesi indicə başa çatıb. Biz Ukraynaya 250 hərbçinin meyitini verdik, 22 həlak olmuş qəhrəmanımızı isə vətənə qaytardıq", – deyə o, "Maks" sosial şəbəkəsində yazıb.

Məryəm Quliyeva