PKK ABŞ-a aid qırıcılarla Əsədə hücum etdi Dünya

PKK ABŞ-a aid qırıcılarla Əsədə hücum etdi

Suriyanın Deyr əz-Zor bölgəsində PYD/PKK terror təşkilatı ilə Bəşər Əsəd rejiminin qüvvələri arasında qarşıdurma yaşanıb. PYD/PKK rejimin ələ keçirdiyi kəndləri ABŞ-a aid qırıcılar və Apaçi helikopterləri ilə havadan hücum edərək öz nəzarətinə keçirib. Yerli qaynaqlardan verilən məlumata görə, rejim qüvvələri Fəratın şərqində və Deyr əz-Zor bölgəsinin qərbində yerləşən Cəninə Caya Hisan və Şakra kəndlərinə hücum edərək bu bölgələri də əllərinə keçirib.
PYD/PKK terror təşkilatı isə bölgədəki düşərgələrindən əlavə qüvvə cəlb edərək rejim qüvvələrinə hücum edib. Silahlı qarşıdurmada Əsəd qüvvələrindən 20 nəfər, terror təşkilatından isə 5 nəfər həlak olub. İraq sərhədində yerləşən Deyr əz-Zor ölkənin ən böyük enerji qaynaqlarına ev sahibliyi edir. PYD/PKK rejim qüvvələri ilə eyni zamanda enerji qaynaqlarının çox olduğu şimal-şərq bölgəsinə, yəni Fərat çayının şərqinə qədər irəliləmişdi. Hazırda bu şəhərdə Fərat çayının şərqinə PYD/PKK, qərbinə Əsəd rejimi, cənudakı kiçik bir əraziyə isə İŞİD nəzarət edir.