Baş nazir Serj Sərkisyanın yolunu davam etdirsə... Dünya

Baş nazir Serj Sərkisyanın yolunu davam etdirsə...

"Ermənistanda yeni baş nazir Paşinyanın hakimiyyətə gəlişindən sonra (fikrimcə, rəngli inqilab nəticəsində gəlib) keçmiş rəhbərliklə əldə edilmiş anlaşmalar – Qarabağ ətrafındakı yeddi-beş rayonun Azərbaycana qaytarılması – Qarabağda sabitliyin təminatına açar idi, amma bu anlaşmalar ləğv olunub. Serj Sərksiyan uzun müddət bu danışıqları aparıb və bu, Rusiyanın Azərbaycanla münasibətlərini möhkəmləndirməyə imkan verərdi, amma Ermənistana qarşı deyil, bütün xalqların xeyrinədir. Bütün bunlar dayandırılıb və ləğv edilib".
Strateq bildirir ki, bunu Rusiya politoloqu, sosioloq və filosof, "Beynəlxalq Avrasiya hərəkatı"nın lideri Aleksandr Duqin 1-in am-a (Ermənistan), müsahibəsində deyib.
Duqin onu da bildirib ki, Rusiya Ermənistanın müttəfiqi olmaqla, əslində, müxtəlif strateji məsələlərdə Azərbaycana getdikcə daha çox yaxınlaşır. Paşinyann siyasəti bu sazişləri zərbə altında qoyub ki, bu da öz növbəsində durumun gərginləşməsinə səbəb ola bilər: "İyulun 1-də Bakıda "Azərbaycan – Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" adlı forumu da buna görə keçirmişik. Mənim fikrimcə, bu həm Ermənistanda, həm də hətta Rusiyada qeyri-adekvat reaksiya doğurub. Söhbət antierməniçilikdən getməyib. Bu konfransda ermənilərə və Ermənistana ünvanlanan heç bir tənqid olmayıb, söhbət əməkdaşlıqdan və yalnız Ermənistan hökumətinin qatıldığı sazişlərin yerinə yetirilməsindən gedib. Yeni hakimiyyət bu rayonların Azərbaycana dinc və qeyri-hərbi yollarla qaytarılmasını şübhə altına qoyub".
Duqin vurğulayıb ki, Rusiyanın Azərbaycanla yaxınlaşması ölkəmizin suveren qərarıdır: "Amma bu yaxınlaşma dinc olsun deyə buna Ermənistan da qatılmalıdır, bu yaxınlaşma Ermənistana qarşı deyil. Mən demək istəyirəm ki, bu konfransda antiermənistan heç nə yoxdur, hətta qiyabi də. Paşinyan Serj Sərkisyanın yolunu davam etdirsə, onda Bakı və Moskva arasında yaxınlaşma ancaq sürətlənəcək və inanın, bu, Ermənistana qarşı deyil. Rusiya sülh istəyir, bütün tərəflərin maraqlarını nəzərə almaqla tənzimləməyə getmək istəyir. Beş rayonun qaytarılması bütün tərəfləri qane edir, çünki bundan Ermənistanın da öz mənfəəti var. Siz təkcə bu rayonları vermirsiniz, həm də Azərbaycan prezidenti əvəzində həm iqtisadi əməkdaşlıq üçün güzəştlər təqdim etməyə, həm də Ermənistan-Türkiyə sərhədinin açılmasına şərait yaratmağa hazırdır. Ermənistan mühasirədən çıxacaq, düşmənlik yox olacaq. Mən Ermənistan tərəfinin bütün bunları necə şərh etdiyinə, sadəcə, mat qalmışam. Heç bir antiermənistan demarşı yoxdur, İnternet və mətbuatda gördüyüm zir-zibil məni məəttəl qoyub".