Rusiya iki günə bütün Estoniyanı tuta bilməz Dünya
Rusiyanın Gürcüstana müdaxiləsindən, demək olar ki, 10 il keçsə də, hələ də bir şey aydın olaraq qalır: NATO müxtəlif formalarda Rusiyanın təcavüzünə məruz qalan tərəfdaşlarından öyrənməlidir. Hamıdan çox isə, Gürcüstandan fərqli olaraq, 14 il bundan əvvəl alyansın tamhüquqlu üzvü olan Estoniyadan. Bu barədə ABŞ-ın "Politico" nəşri yazır.
Estoniyada müdafiə sahəsində mövcud olan əhval-ruhiyyəni əks etdirən ikili qeyri-rəsmi baxış var. Birincisi, kiçik ölkə sağ qalması – öz mövcudluğunu qoruması üçün digərlərilə inteqrasiya etməlidir. Üç Baltik ölkəsi NATO və AB-yə üzv olmaq üçün vahid bir region kimi fəaliyyət göstərib. Sonra da ABŞ və NATO ilə "Baltik üçlüyü" formatında əməkdaşlıq etməyə davam edirlər. Hərbi təşkilatın (NATO-nun – tərc.) nizamnaməsi nəzərdə tutur ki, əgər hər hansı biri hücuma məruz qalarsa, bütün üzv dövlətlər köməyə gəlməlidir. İkincisi, kiçik və xarici təsirlərə açıq ölkə özü də eyni zamanda Rusiya qoşunları gələrkən, təkbaşına özünü müdafiə etməyə hazır olmalıdır.
Bütün əhalisi Rusiya ordusunun sayından bir az artıq olan Estoniyanın hansısa formada Moskvanın hücumunun qarşısını ala biləcəyini fərz etmək gülməli görünür. Ancaq onun raketlərdən və tanklardan heç də az lazımlı olmayan ehtiyatları – iradəsi və mobilizasiya olunmuş əhalisi mövcuddur. 1 milyon 360 min əhalisi olan Baltik ölkəsində bu, xidmətdə və ya ehtiyatda olan yaxşı təlim keçmiş hərbçilərdir. Bu insan amilinin əhəmiyyətini kiçiltmək olmaz, axı estonlar işğalın qiymətini – hesabını hələ də xatırlayırlar. Və bənzər bir şeyin təkrarlanması perspektivi ölkədə strateji planlaşdırmanı fövqəladə dərəcədə kəskinləşdirir.
Estoniya xüsusi təyinatlı qüvvələrinin komandiri, polkovnik Rixo Uxteqi "Politico"ya deyib: "İnsanlar Gürcüstandakı "Beşgünlük müharibə"dən danışırlar. Ancaq o, beşgünlük olmayıb. Hibrid kampaniya çox əvvəldən başlamışdı. Heç kim onu görmək istəmirdi".
Onun sözlərinə görə, müasir müharibə metodları öz təbiətinə görə asimmetrikdir. Yerlərdə düşmən qüvvələrini müəyyən etmək, onları ayrımaq, mövqelərini təsbit etmək və məhv etmək çətindir. Hərbçinin fikrincə, Estoniya bu gün məhz buna hazırlaşmalıdır. Uxteqi və digər hərbçilər bir neçə onillik bundan öncə ilk milli hərbləşdirilmiş dəstələri – "Kaytselit"ləri formalaşdırıblar. Beləliklə, onlar Estoniya Müdafiə Qüvvələri strukturunda çəkisi olan qüvvəyə çevriliblər.
Uxteqi qeyd edib ki, əhalinin öz ölkəsinə görə döyüşməyə hazır olması böyük əhəmiyyət kəsb edir. Və məhz buna görə, Rusiya 2008-ci ildə gürcü paytaxtına çox yaxınlaşsa da, Tbilisini tuta bilmədi. Eston hərbçisi əmindir: "Gürcülər hiddətlənmişdilər, sonadək vuruşardılar. Tbilisidə asimmetrik toqquşmanın qaçınılmaz olduğunun anlaşılması rusları elə də motivasiya etmədi".
"Bu söhbətlər hər zaman olub. Guya, bəli, ruslar iki günə Tallinədək gələ bilərlər. Mümkündür. Eston paytaxtından Rusiyanın sərhəddinədək cəmi 200 km-dir. Ancaq onlar iki günə bütün Estoniyanı tuta bilməzlər. Onlar Tallinədək çata bilərlər, ancaq biz arxadan onların kommunikasiya, təchizat xətlərini, hər şeyi kəsərik" deyərək, Uxteqi izah edir. Eston hərbçisi əlavə edir: "Onlar iki günə Tallinə çata bilərlər. Ancaq onlar Tallində öləcəklər. Və onlar bunu bilirlər. Onları burda hər küncdə, hər addımda atəş gözləyir".
Baltik ölkəsinin müdafiə doktrinası xarici müdaxilə halında əhalini müqavimət göstərməyə çağırır. Bu qayda Aleksandr Eynseln – müstəqil Estoniyanın birinci müdafiə naziri olmazdan öncə sovet işğalından qaçan və ABŞ Silahlı qüvvələrində 35 il xidmət edən eston sayəsində ortaya çıxıb. "1№-li baş əmr" nəzərdə tutur ki, xarici hücum halında müdafiə qüvvələri əlavə əmr olmadan, ölkənin seçilmiş prezidenti hərbi əməliyyatların dayandırılmasını elan edənədək "təcavüzkara aktiv müqavimət göstərməlidir" .
Uxteqi izah edir: "O, Rusiya ordusunun eston sərhədini keçdiyi halda, hər bir zabitə həmən müqavimət göstərməyə başlamağı əmr edib. Və Estoniya Müdafiə Qüvvələrinin heç bir növbəti komandiri bu əmri ləğv etmək haqqında qərar verməyib".