NATO müttəfiqləri arasında qırılma anı Dünya

NATO müttəfiqləri arasında qırılma anı

Türkiyə Alyansdan xaric edilə bilərmi?
ABŞ Xəzinədarlığının şimali karolinalı Endryu Bransonun həbs ilə əlaqədar Türkiyənin iki əsas nazirini avqustun 1-də sanksiya siyahısına salması iki NATO-lu müttəfiq arasındakı qaçılmaz qırılma barədə möhtəkirliyə səbəb olub. Xəzinədarlığın tədbirləri daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdulhamit Gülə aid olan aktivlərin dondurulmasına və "ABŞ vətəndaşları ilə əməliyyatlara qadağa qoymağa" yönəlib. Ekspertlərin sözlərinə görə, bu cütlük indiyə qədər 2016-cı ilin "Qlobal Maqnitski Aktı" ilə insan hüquqlarının pozulması və korrupsiyaya görə cəzalandıran ən yüksək vəzifəli şəxslərdir. Bəzi türk analitikləri bu hərəkətləri "rəmzi", xüsusilə Ağ Evin qeyri-ənənəvi xarici siyasətinə əsasən, NATO müttəfiqləri arasında görünməmiş bir hal sayır.
"Strateq" "Əl-Monitor"a istinadən yazır ki, "Bipartisan Policy Center"in baş analitiki Nikolas Danfort "əl-Monitor"a deyib: "Türk-Amerika əlaqələrinin və Türkiyə iqtisadiyyatının kövrək vəziyyətini nəzərə alaraq, bu böhranın nəticələri dramatik ola bilər. Həm Vaşinqton, həm də Ankarada Branson işini milli prestij məsələsinə qədər yüksəldib və bu, hər iki tərəfin geri çəkilməsini çətinləşdirir. ABŞ istənilən halda Türkiyə iqtisadiyyatına xeyli zərbə vurmağa qadirdir. Ərdoğan isə bütün nəticələrə dözməli və müqavimət gücünə sahibdir".
ABŞ səlahiyyətlilərinə qarşı əks sanksiyaların tətbiqi daxil olmaqla, Ankaradan çıxan səs-küylü bəyanatlar da nəzərə alınmalıdır. Deməli, Türkiyə Bransonu belə tezliklə azad etməyəcək və bu da öz növbəsində, digər türk səlahiyyətliləri və qurumlara qarşı ABŞ-ın sanksiyalarına səbəb ola bilər. Xəzinədarlığın öz hərəkətlərində 2016-cı ilin oktyabr ayından etibarən casusluq və terrorçuluqda ittihamlanan Bransona istinad etməsi, Bransonun CIA (MKİ) casusu olması barədə Ərdoğanın iddiasını möhkəmləndirir. Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun direktor müavini, xanım Kori Şeyk bunu "Tvitter"də yazmaqla bərabər, əlavə edib: "ABŞ səfirliyində işləyən və həbs edilmiş Türkiyə vətəndaşı ilə bağlı hələ də heç bir səy göstərilməyib, görünür, ABŞ-da ancaq xristianlar haqqında qayğılanırlar".
Türkiyə hökuməti Bransonu azad etməkdən imtina edib. "Bloomberg"in verdiyi məlumata görə, uzun müddətli danışıqlardan sonra "Halkbank"a qarşı gözlənilən bir milyard dollarlıq cərimənin azaldılması, Mehmet Hakan Atillanın və digər türk vətəndaşı Ebru Özkanın İsraildə həbsdən buraxılmasının qarşılığı olmalı idi. Özkan azad edilib və iyulun 16-da Türkiyəyə qayıdıb. Branson iyulun 18-də üçüncü dəfə məhkəmə zalına gətirilib. İyulun 26-da Branson İzmirin qərbindəki həbsxanadan ev dustaqlığına göndərilib. "Bloomberg"ə görə, Türkiyə "Halkbank"a dair istintaqı tam ləğv edilməsini tələb etdiyi zaman gizli Tramp-Ərdoğan sövdəsi çöküb.
Hər halda, Avropa İttifaqı Xarici Əlaqələr Şurasının elmi əməkdaşı və müxalif "Cümhuriyet" qəzetinin yazarı Əsli Aydıntasbasın dediyi kimi, "bu, siyasi təməlli çox ciddi böhrandır. Yəni Türkiyə Qərbdən uzaqlaşır, ictimaiyyət və Konqres də daxil olmaqla, ABŞ-ın siyasət maşını getdikcə Türkiyəyə daha çox əsəbiləşir". ABŞ-ın suriyalı kürd üsyançılarına davamlı dəstəyi və Ankaranın İrana qarşı ABŞ sanksiyalarına riayət etməməsi də daxil olmaqla, gərginlik nöqtələri çoxalır. Aydintasbas deyib: "Türkiyənin ən böyük həmsöhbəti Tramp idi. İndi Bransonun sərbəst buraxılmasına dair təkrarlanan istəklərdən imtina edərək, Tramp artıq Suriya kürdləri və Türkiyənin "S-400" raketlərini satın alması problemlərində Ankaranı müdafiə etmək iştahasına sahib olmaya bilər".
Bir çoxları kimi, Aydintasbas da inanır ki, gərginlikdən çıxış üçün yeganə yol Bransonun azad edilməsidir. Bunun oktyabrın 12-də, dördüncü məhkəmə iclasından sonra baş verə biləcəyi ehtimalı var. Həm Konqres, həm də administrasiya təklif olunan sanksiyaların bir hissəsinin əyləcini basar, o cümlədən "F-35" döyüş təyyarələrinin satışını dayandırmaq və Dünya Bankı kimi qlobal maliyyə qurumlarının Türkiyəyə maliyyə maneəsi məsələsində.
Danfortun sözlərinə görə, "Türkiyə ABŞ-ın sanksiya təhdidinə qarşılıqlı, lakin mənasız tədbirlərlə cavab verərsə, heç olmasa, yüksək səviyyəli diplomatiyanın yolunu kəsməməlidir". İqtisadiyyat naziri Berat Albayrak avqustun 2-də "Sabah" qəzetinə açıqlamasında Türkiyə və ABŞ arasında "güclü tarixi keçmişi və ittifaqı" xatırladaraq, ABŞ sanksiyalarını "qəbuledilməz" adlandırıb. "Prioritetimiz böhranı diplomatiya və konstruktiv səylər vasitəsilə həll etməkdir". Ancaq Ərdoğanın millətçi müttəfiqi Dövlət Bahçelinin Bransonu yalnız Fəthullah Gülənlə mübadilə etmək tələbi işi daha da düyünə salır.
Növbəti addımın Türkiyənin NATO-dan çıxarılması olacağı ilə bağlı proqnozlar şişirtmədir. Strateji mövqeyi, enerji dəhlizləri və dəniz zolaqlarının kəsişməsində yerləşməsi ilə o, Qərbin təhlükəsizliyi üçün vacib elementdir. Brukinqs İnstitutunun baş mütəxəssisi (Dövlət Departamenti katibinin sabiq köməkçisi) Amanda Sloat "əl-Monitor"a bildirib: "Hazırkı ikitərəfli böhran Türkiyənin NATO üzvlüyünə təsir etmir. Lakin Türkiyənin Rusiyadan raket müdafiə sistemi alması Alyansda Ankaranın strateji yönü ilə bağlı suallar yaradır".