Zurabişvili qalib gəldi Dünya

Zurabişvili qalib gəldi

Gürcüstanda prezident seçkilərinin ikinci turunda iştirak edən namizəd Salome Zurabişvili 59,56 faiz (1.14 milyon seçici) səs toplayıb.
Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Müxalifət koalisiyasının namizədi Qriqol Vaşadze isə səslərin 40,44 faizini (778 min nəfər) yığa bilib.
Zurabişvili və onun tərəfdarları artıq seçkidə əldə etdikləri qələbəni qeyd edirlər.
Noyabrın 28-də keçirilən seçkilərdə 56,23 faiz seçici fəallığı qeydə alınıb. Bu, xarici ölkələrdəki seçicilərə aid deyil.
Qeyd edək ki, Salome Zurabişvilinin namizədliyi hakim Gürcü Arzusu Partiyası tərəfindən irəli sürülmüşdü.
Politoloq Məhəmməd Əsədullazdənin fikrincə, Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci trunda Bidzina İvanaşvili total saxtakarlıq nəticəsində öz namizədi Salomi Zurabişvlini prezident seçdirdi:"Gürcüstanda yaşayan dostlarla danışıram, ölkədə seçki günü hakmiyyət qorxu mühiti yaradıb, bir şəxs pul müqabilində bir neçə məntəqədə səs verir, polis zorakılığı, qeyri-millətlərə qarşı təhdid şəraitində seçki keçirilir. Bidzina İvanaşvili nə yol olursa-olsun Saakaşvilinin dönməyinə imkan verməyəcəyini qeyd edirdi. İnzibati və güc strukturlarından istifadə edən İvanaşvili ölkədə demokratik prosesə zərbə vurdu. Gürcüstan Eduard Şevarnadze dövrünə qayıdır. Qanunların deyil, reketliyin hakim olduğu Gürcüstan əvvəlki kimi cəlbedici olmayacaq. Ölkədə yenidən cinayətkarlığın artması, işsizlik və iqtisadi tənəzzül başlayacaq. Daima Gürcüstanda demokratik proseslərə dəstək verən ABŞ indi isə,Tramp adminstrasiyası Gürcüstandakı anti-demokratik proseslərə seyrçi qalacaq. Çünki, Gürcüstanda Tramp hökumətini demokratiya və insanhaqları məsələsi maraqlı deyil. Rusiya Gürcüstanda seçkilərdə Saakaşvilinin dəstək verdiyi Qriqol Vaşadzenin qalib gəlməsinin qarşısını aldı. Demək olar ki, bu ölkədə demokratiya tarix olacaq. Hazırda Qərbin diqqəti Ukrayna və Rusiya arasında yaşanan Azov konflikti ətrafında cərəyan etdiyindən İvanaşvili seçkiləri özü istədiyi tərzdə-güc yolu ilə keçirdi. Qeyd edim ki, artıq Gürcüstanda indiki sistemi seçki yolu ilə dəyişmək illuzuya olacaq".