
Ukrayna tərəfi separatçılar tərəfində döyüşənlər arasında azərbaycanlıların olduğunu bəyan edib
Ukraynanın Luqansk vilayətində gedən döyüşlərdən sonra 18 silahlı əsir götürülüb. Bunu "Azadlıq Radiosu"na açıqlamasında "Şimal" operativ komandanlığının mətbuat katibi Anatoliy Proşin deyib.
O bildirib ki, əsir düşənlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır - ruslar, çeçenlər və bir osetin.
Proşin onların arasında azərbaycanlıların və bir nəfər Serbiya vətəndaşının olduğunu da əlavə edib.
"Silahlırar düşünürdülər ki, ukraynalı əsgərlər onları öldürəcəklər. Lakin dindirmədən sonra məhkəməyə aparılanda, təəccübləndilər", - deyə o vurğulayıb.