21 İyun 2019 11:55
1 995
Tiflisdə parlament binası qarşısında baş verənlər dövlət çevrilişi cəhdidir.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
ABŞ-ın Gürcüstandakı səfirliyi də bəyanat yayıb. Bəyanatda hökumət və əhaliyə sakitlik nümayiş etdirmələri ilə bağlı çağırış edilib:
“Biz Gürcüstan parlamenti qarşısında baş verən hadisələri diqqətlə izləyirik. Biz insanların çoxunun keçirdiyi ağrını başa düşürük”.
Gürcü Patriarxlığı isə əhalini emosiyalara qapılmamağa çağırıb. Kilsə həmçinin parlamentdə baş verənlərə görə keçirilən aksiyaların ədalətli olduğunu bildirib.
Patriarxlıq hökuməti əhaliyə qarşı sərt güc tətbiqindən yayınmağa çağırıb.
18 İyul 20:15
1 309
18 İyul 19:29
1 428
18 İyul 18:38
1 309