Amerikalı həmsədr Türkiyəyə gedib Dünya

Amerikalı həmsədr Türkiyəyə gedib

Ceyms Uorlik: "Türkiyənin mövqeyini öyrənməyə səbirsizlənirəm"

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik dünən Ankaraya yola düşüb. Bu barədə həmsədr öz "twitter" səhifəsində yazıb.
C.Uorlik bildirib: "Bu gün Ankaraya yola düşürəm. Türkiyənin mövqeyini öyrənməyə səbirsizlənirəm".
O, nə məqsədlə səfər etdiyini yazmasa da, Minsk qrupunun həmsədri olduğunu nəzərə alsaq, onun Ankaraya səfərinin məqsədi Türkiyənin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini öyrənmək ibarətdir.
Həmsədrlər öncə Bakıda, sonra isə İrəvanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlar aparıblar.
Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Erməni Silahlı Qüvvələri intensiv şəkildə atəşkəs rejimini pozub. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfədən çox pozulub.