Rusiya ABŞ-ın yaxın müttəfiqinə silah tədarük etdi Dünya

Rusiya ABŞ-ın yaxın müttəfiqinə silah tədarük etdi

Rusiya Səudiyyə Ərəbistanına silah və hərbi texnika tədarük edib.
Bu məlumatı Rusiya Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidməti yayıb. Federal Xidmət həmçinin Ər-Riyadla bəzi hərbi məhsulların Səudiyyə Ərəbistanı ərazisində istehsalı ilə bağlı danışıqların aparıldığını bildirib.
Ər-Riyada məhz hansı silahların tədarük edildiyi açıqlanmayıb.
Qeyd edək ki, bundan öncə “İnterfaks” agentliyi Rusiyanın Səudiyyəyə TOS-1A sistemlərini göndərəcəyini açıqlamışdı.