“HƏMAS-ın terrordan başqa prioriteti yoxdur” Dünya

“HƏMAS-ın terrordan başqa prioriteti yoxdur”

Arye Qut:""İran tərəfindən dəstəklənən HƏMAS raketlərini qorumaq üçün adi fələstinlilərdən insan qalxanı kimi istifadə edir"

"Əməliyyatın əsas məqsədi, Qəzza bolgəsindən İsrailə qarşı atılan raketlərə əsaslı cavab verməkdir. İsrail vaxtilə işğal etdiyi Qəzza bölgəsini 2005-ci ildə iki xalq arasında sülh naminə tərk etdi". İsrail eksperti Aryu Qut "Xalq Cəbhəsi"nə açıqlamasında belə deyib. Ekspert bildirib ki, sülh əvəzinə Qəzza bölgəsində hakimiyyəti zəbt etmiş HƏMAS terror təşkilatı İsrailin cənub bölgələrini "Kasam" tipli raketlərlə demək olar ki, hər gün bombalayırdı. 4 milyon vətəndaşımız faktiki olaraq hər gün bu raket hücumlarına məruz qalır: "Həmin bölgədə 40.000 nəfərə Azərbaycandan İsrailə köçmüş yəhudi və azərbaycanlılar yaşayır. Xüsusilə vurğulayım ki, İran burada açıq şəkildə özünün terror təşkilatını yaradıb və HƏMAS-a "Fəcr-5" və "Scad" tipli raketləri Misir, Livan və Sudan vasitəsilə göndərir. İsrail hökumətinin Fələstin xalqı ilə heç bir problemi yoxdur. Ən böyük problem İranın maliyyələşdirdiyi fundamentalist, terrorçu HƏMAS təşkilatıdır. Dünyada heç bir dövlət, heç bir hökumət yol verə bilməz ki, dinc vətəndaşları daim minomyot və raket atəşlərləri altında yaşasın. Ümumilikdə, bu gün HƏMAS müsəlman dünyasında, müsəlman dövlətləri tərəfindən ən çox açıq yardımların göstərildiyi terror təşkilatdır. Hazırda bu təşkilatı maliyyələşdirənlər arasında İran və Qatar ilə yanaşı, xaricdə yaşayan fələstinlilər və digər ərəb ölkələri yer alır. HƏMAS İsrail vətəndaşlarına, əsgərlərinə qarşı 4000-dən artıq müxtəlif terrorçu hücumlar həyata keçirib. Buna görə də HƏMAS Kanada, Avropa Birliyi, İsrail, Yaponiya və ABŞ tərəfindən terror təşkilatları siyahısına salınıb. Bundan əlavə, HƏMAS-ın hərbi qanadı olan "İzzeddin əl-Əzələysəm Briqadası" Avstraliya və Böyük Britaniyada terror təşkilatlarının siyahısında yer alır. Fikir verin, 7 ildir Qəzzada hakimiyyəti zəbt edib, amma bu illər ərzində bir dənə də olsun, yeni obyekt, məktəb və ya mədəniyyət mərkəzi açılmayıb". Onun sözlərinə görə, HƏMAS həqiqətən də milli mübarizə təşkilatı olsaydı, ilk növbədə xalqının rifahı, maariflənməsi haqda düşünərdi: "Ancaq bu insanlar raketləri məscidlərin və məktəblərin yanından buraxırlar. Yəni, bunlarda öz xalqına qarşı belə rəhm hissi yoxdur. HƏMAS-ın terrordan və müharibədən başqa heç bir prioriteti yoxdur. Məqsəd yalnız İsrailə daha çox zərbə vurub, onu dünya xəritəsindən silməkdir. Lakin hər şeyə rəğmən, İsrail dövləti terror qurumu tərəfindən idarə olunan əraziyə işıq, qaz, neft, ərzaq göndərir. Raketlərlə və bombalarla dövlət qurmaq, İsraili terrorla qorxutmaq mümkün deyil. Xalqımız bütün bu əziyyətlərə dözməyə hazırdır. "Həmas" əhaliyə qarışır, məktəblərdən raket buraxmaq üçün, xəstəxanalardan, məscidlərdən isə silah anbarı kimi istifadə edir. İsrail həqiqətən əlindən gələni edir ki, mülki əhali arasında itki olmasın. İsrail ordusu dinc sakinlər arasında hücumdan qabaq vərəqələr yayır, radioismarışlar göndəririk. Təbii ki, Fələstində dinc sakinlərin ölümü və oradakı mənzərə insanları ağrıtmaya bilməz. İsraildə də insanların əzabları təəssüf doğurur. Biz də buna ağrılı yanaşırıq. HƏMAS bu gün xəstəxanalardan, məktəblərdən və adi mənzillərdən İsrailə raket atəşləri açır. Biz raketlərdən və "Dəmir Qübbə" sistemindən istifadə edərək, İsrail vətəndaşlarını qoruyuruq. HƏMAS isə raketlərini qorumaq üçün adi fələstinlilərdən insan qalxanı kimi istifadə edir. Elə faktlar da var ki adi fələrstinlilər ərazini tərk etmək istəyir terrorçu HƏMAS təşkilatı insanları döyür və evlərə qaytarır. Aydındır ki biz, İsraildə yaşayan Azərbaycan kökənli insanlar hər iki tərəfdən günahsız insanların ölməsinə görə təəssüflənirik".

Əli