Ermənilər biabır oldular Dünya

Ermənilər biabır oldular

Bu gün – avqust ayının 6-da da işğal edilən Azərbaycan torpaqlarında VII Ümumerməni yay oyunları başlayacaq. Bu təxribatı Ermənistanın baş naziri Nikol Paşinyan özü hazırlayıb. Baş nazir ümid edir ki, Qarabağa xeyli sayda idmançı və yüksək çinli qonaqlar gələcək. Onlar isə büdcəsi tamamilə boş qalan Ermənistana bir miqdar pul verə bilərlər.
Ancaq qonşu ölkələrdən gələn məlumatlara görə, ermənilərin gözləntisi sual altına düşüb. İstanbuldan olan idmançılar qrupu bu oyunlarda iştirak etməyəcək. Bu barədə xüsusi mətbuat konfransında bildirilib. Əsas səbəb isə oyunların işağl altında olan Azərbaycan torpaqlarında keçirilməsidir.
“Jamanak” qəzeti yazır ki, idman yarışlarında İran komandası da olmayacaq. Səbəb eynidir - Qarabağ. İran hökuməti Azərbaycanla əlaqələrini pozmaq istəmir.
Ehtimal ki, bu oyunlarda Gürcüstan idmançıları da olmayacaq. Gürcü nəşrlərin məlumatına görə, Tiflis erməni əslilli idmançılarına bu oyunlarda iştirak qadağası qoyub. Onlar ancaq Ermənistan ərazisində keçiriləcək oyunlarda iştirak edəcəklər.
Oyunlarda idmançıların imtinası reytinqi azalan baş nazir Paşinyanın nüfuzuna daha bir zərbədir.