
"İsrail ABŞ projesidir"
09:17
Şəmkirdə maskalı şəxs ev sahibinə xəsarət yetirərək pulunu ələ keçirib
Estoniya şirkətlərinin Qarabağdakı layihələrdə iştirak imkanlarına baxılıb
Prezident İlham Əliyev: Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir
Neft Fondunun investisiya portfeli 10 mlrd. dollardan çox artıb
Dünyanın ən böyük silah alverçisi sayılan belçikalı Jak Mesye saxlanılıb.
O, uzun müddətdir ki, beynəlxalq axtarışda olub.
"Marşal" və ya "Lis" ləqəbi ilə tanınan J.Mesyenin son 30 ildə dünyanın demək olar ki, bütün münaqişə ocaqlarını silahla təmin etməsi bildirilir. Sonuncu dəfə o, Liviya, Çad, Pakistan və İrana silah satmaqda ittiham olunaraq axtarışa verilib.
Silah maqnatı Fransadakı villasından atların Portuqaliyaya daşınması zamanı yerli, Fransa və Belçika polisinin birgə əməliyyatı nəticəsində saxlanılıb. Hazırda Belçika hökuməti onun ektradisiyasını planlaşdırır.
Trend-in məlumatına görə, öncə 66 yaşlı "Marşal"ın yaxın zamanda Portuqaliyada məhkəmə qarşısına çıxacağı bildirilir.