İran parlamenti ABŞ-a qarşı sanksiyaları düşünür Dünya

İran parlamenti ABŞ-a qarşı sanksiyaları düşünür

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası ABŞ əleyhinə bir sıra layihələri araşdırır.
Bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Hüseyn Nəqəvi Hüseyni deyib.
H.Nəqəvi Hüseyninin sözlərinə görə, bu layihələr 22-23 sentyabrda komissiyada araşdırılacaq.
Sözçü əlavə edib ki, layihələrdən biri ABŞ-ın bəzi rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə əlaqədardır.
Komissiya sözçüsü sanksiyalarla ABŞ-a qarşı sərt addımların atılacağını deyib.
Qeyd edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib və sanksiyaların siyahısını bir neçə mərhələdə genişləndirib.
İran da buna adekvat olaraq avqust ayında ABŞ-ın Demokratiyanı Müdafiə Fondu və fondun direktoru Mark Duboviçi ABŞ-a qarşı sanksiyalar siyahısına daxil edib.